Azinfo » Xəbər » Hərbi » Ermənilərin Kəlbəcərdə basdırdığı 379 mina zərərsizləşdirilib

Ermənilərin Kəlbəcərdə basdırdığı 379 mina zərərsizləşdirilib

Tarix : 26-09-2022   /   Xəbər / Hərbi  
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir

Müdafiə Nazirliyindən verilən məlumata görə, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində Kəlbəcər rayonunun Alagöllər ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə PMN-Э və 9 ədəd tank əleyhinə TM-62 minası aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Şərhlər: 0

Şərh yaz