Azinfo » Xəbər » Hərbi » Azərbaycanın Baş Qərargah rəisinin Gürcüstana səfəri başlayıb

Azərbaycanın Baş Qərargah rəisinin Gürcüstana səfəri başlayıb

Tarix : 28-09-2022   /   Xəbər / Hərbi  
Sentyabrın 28-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Gürcüstana rəsmi səfəri başlayıb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.

Şərhlər: 0

Şərh yaz