Azinfo » Xəbər » Hərbi » MN: Ermənilər Daşkəsəndə mühəndis texnikamızı atəşə tutub

MN: Ermənilər Daşkəsəndə mühəndis texnikamızı atəşə tutub

Tarix : 12-10-2022   /   Xəbər / Hərbi  
Oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Şərhlər: 0

Şərh yaz