Azinfo » Xəbər » Media xəbərləri » Əhməd İsmayılov: “Media reyestri sisteminin testləri bitib”

Əhməd İsmayılov: “Media reyestri sisteminin testləri bitib”

Tarix : 12-10-2022   /   Xəbər / Media xəbərləri  
“Media reyestri sisteminin testləri artıq bitib”.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, media reyestri yaxın günlərdə istifadəyə veriləcək: “Media reyestrinə düşmək üçün media subyektlərinin müraciəti vacibdir”.
Əhməd İsmayılov media subyektlərində monitorinqlərin aparılması məsələsinə də toxunub: “Təkzib vermə, cavab vermə qaydaları burada əsas amildir. Monitorinq üçün Mətbuat Şurası ilə birlikdə iş aparacağıq”.

Şərhlər: 0

Şərh yaz