Azinfo » Xəbər » Sosial xəbərlər » Monqolustandan diri heyvan idxalı məhudlaşdırılıb

Monqolustandan diri heyvan idxalı məhudlaşdırılıb

Tarix : 04-04-2022   /   Xəbər / Sosial xəbərlər  

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Monqolustanın Bayanhonqor, Qovi-Altay, Zavxan, Hovd, Selenqe, Hentiy, Bulqan, Arxanqay, Xövsgöl, Uvs, Bayan-Ölqiy və Darhan-Uul vilayətlərində dabaq xəstəliyi qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən  verilən xəbərə görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə qeyd olunan ərazilərdən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monqolustandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Şərhlər: 0

Şərh yaz