Azinfo » Xəbər » Sosial xəbərlər » Bu il 15 universitet akkreditasiyadan keçiriləcək

Bu il 15 universitet akkreditasiyadan keçiriləcək

Tarix : 17-04-2023   /   Xəbər / Sosial xəbərlər  
Bu ilin sonuna qədər 15 ali təhsil müəssisəsinin akkreditasiyadan keçirilməsi nəzərdə tutulub.

Azinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov deyib.

O bildirib ki, hazırda ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin sadəcə 35-də keyfiyyətin təminatı bölməsi fəaliyyət göstərir:

"Bunun da əsas səbəbi qanunvericilikdə bu istiqamətdə konkret tələbin olmamasıdır".

Şərhlər: 0

Şərh yaz