Hande Harmancı: "Vərəmlə bağlı qanunvericiliyi yenidən nəzərdən keçirməyə hazırıq"

“COVID zamanı vərəm diaqnozunun qoyulması sayı azalıb”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə Nümayəndələyinin rəhbəri Hande Harmancı Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, vərəm artıq texniki məsələ deyil:
“Bizim onunla mübarizə aparmaq üçün peyvənd və dərmanlarımız var. Sadəcə əməkdaşlıq etmək və təcrübə mübadiləsi etmək lazımdır. COVID-lə mübarizədən fərqli olaraq vərəmi nəzarətdə saxlamaq mümkündür. Biz Azərbaycanda vərəmə nəzarət sahəsində görülən işləri və vərəmlə bağlı qanunvericiliyi yenidən nəzərdən keçirməyə hazırıq” – o deyib.
Şərhlər: 0
Şərh yaz
