Laçın-Xankəndi yolundan səhər saatlarından indiyə kimi RSK-nın 32 avtomobili keçib
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.Azinfo.az APA-nın Şuşaya ezam olunan müxbirinin verdiyi xəbərə istinadən bildirir ki, Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin hərəkətində aktivlik müşahidə olunur.
Laçın istiqamətindən gələn 2 yük maşını aksiya keçirilən yoldan maneəsiz keçərək Xankəndiyə gedib.
Bununla da səhər saatlarında maneəsiz keçid edən avtomobillərin sayı 32 olub.
Şərhlər: 0
Şərh yaz
