Azinfo » Xəbər » Sosial xəbərlər » Deputat: Ali məktəb dərsliklərinin çapına indiyə qədər vəsait ayrılmayıb

Deputat: Ali məktəb dərsliklərinin çapına indiyə qədər vəsait ayrılmayıb

Tarix : 28-04-2023   /   Xəbər / Sosial xəbərlər  
Ali təhsil müəssisələrində ən böyük problem dərsliklərin çatmamasıdır.

Bunu millət vəkili Etibar Əliyev Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deyib.

O bildirib ki, ali məktəb dərsliklərinin çapına indiyə qədər vəsait ayrılmayıb: “Təhsilin İnkişafı Fondu yaradılıb. Ali məktəblər bu fonda vəsait köçürür. Fond bu dərslikləri çap etməlidir. Həmin vəsaitin layihələrin icrasına, mütəxəssislərin həyat şəraitinin yaxşılaşdırılmasına xərclənməsi yaxşıdır, yoxsa dərsliklərin çapına?"

Şərhlər: 0

Şərh yaz