Azinfo » Xəbər » Sosial xəbərlər » Beynəlxalq Komissiya: Məhkəmələrdə haqlı tərəfin mövqeyini dəstəkləyirik

Beynəlxalq Komissiya: Məhkəmələrdə haqlı tərəfin mövqeyini dəstəkləyirik

Tarix : 04-04-2022   /   Xəbər / Sosial xəbərlər  

“Bizim komissiya beynəlxalq məhkəmələrdə də haqlı tərəfin mövqeyini dəstəkləyə bilər. Bu bizim praktikada var”

Bunu bu gün keçirilən mətbuat konfransında İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş Direktoru Katrin Bomberger deyib.

Baş Direktor bildirib ki, itkin düşmüş şəxslərin hüquqlarının mühafizəsi üzrə konvensiyaya bu məsələlər daxildir: “Bunun çərçivəsində hər bir şəxs üzərində hüquqi məsuliyyət yaranır.

Bomberger bununla bağlı Balkanlarda baş verən hadisələri misal göstərib.

“Yuqoslaviyadakı beynəlxalq tribunalı misal göstərə bilərəm. İtkin düşmüş şəxslərin ailələri üçün də bu öz hüquqlarını təmin etmək üçün çox vacibdir”, - Bomberger deyib.

Şərhlər: 0

Şərh yaz