Damı uçan məktəbin istilik təminatı dayandırılıb

Xırdalanda 9 nömrəli tam orta məktəbin dam örtüyü uçan zaman üçüncü mərtəbənin istilik sisteminin bəzi boruları zədələnib.
Bu barədə Abşeron Rayon Təhsil Şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, nəticədə müəyyən yerlərdə su sızıntısı baş verib. Hadisə ilə əlaqədar məktəbin istilik təminatı dayandırılıb və su sızıntısının miqyasının böyüməsinin qarşısı alınıb.
Qeyd edək ki, bu gün əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq.
Təhlükəsizlik tədbirdləri ilə əlaqədar olaraq Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə tədris dayandırılıb. Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən dərslərin başlama tarixi barədə qərar veriləcək. Buraxılmış proqram materiallarının tədrisi isə əlavə dərs saatları və onlayn dərslər hesabına təmin ediləcək.
Şərhlər: 0
Şərh yaz
