Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Müsavat Partiyasından istefa verdiyini açıqlayıb.
Azinfo.az-a danışan Novella Cəfəroğlu, istefasının səbəbləri ilə bağlı açıqlama verib. O bildirib ki, parlament seçkiləri barədə mövqeyi üzündən partiya üzvləri tərəfindən təzyiqlərə məruz qalıb: “Mən parlament seçkilərinin şəffaf keçdiyini demişəm. Hazırda dövlət üçün çalışan bir insanam və bu çətin vaxtlarda xalqımızın birlikdə olması vacibdir. Mən hər zaman dövlət üçün lazım olan sözləri deyib və deyəcəyəm. Burada müsavatçılıqdan yox, Müsavat Partiyasından ayrılıram,” deyə Cəfəroğlu vurğulayıb.
Şərhlər: 0
Şərh yaz
