Azinfo » Xəbər » Sosial xəbərlər » Elmar Məmmədov: İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulub

Elmar Məmmədov: İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulub

Tarix : 18-09-2024   /   Xəbər / Sosial xəbərlər  

"Qlobal təşəbbüsləri irəli sürərkən biz iqlim gündəliyinin üç əsas istiqaməti – iqlim maliyyəsi, mitiqasiya və adaptasiya arasında tarazlıq yaratmağa çalışdıq. İkinci əsas prinsip isə iddialı hədəflərlə praqmatizm arasında uyğunluğun təmin edilməsidir. Üçüncüsü, dayanıqlı inkişaf məqsədlərinin üç əsas komponenti olan iqtisadi, sosial və ətraf-mühit amilləri arasında balansın qorunmasıdır. Dördüncü prinsipimiz qlobal təşəbbüslərin yanında regional təşəbbüslərə də yer verməkdir. Sonuncu isə insanlarla təbiət arasında harmoniyanın təmin edilməsidir.”

Azinfo.az xəbər verir ki, bu fikirləri COP29 Fəaliyyət Gündəliyinin qlobal təşəbbüslər qrupunun həmsədri Elmar Məmmədov Bakıda keçirilən 12-ci Beynəlxalq “Caspian Energy Forum”da çıxışı zamanı bildirib.
Məmmədovun sözlərinə görə, qlobal təşəbbüslər arasında ilk sırada İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması durur.

"İkinci əsas təşəbbüs isə iqlim maliyyəsi, investisiya və ticarət sahələrində fəaliyyət göstərəcək Bakı təşəbbüsü, yəni BICFIT-dir. Bu təşəbbüsün məqsədi qlobal səviyyədə qəbul edilən sənədlərin və öhdəliklərin icrasına, xüsusilə də emissiyaların azaldılmasına yönəlib. Nəticədə, bu amillər yaşıl keçidi sürətləndirir," – deyə Məmmədov əlavə edib.

Şərhlər: 0

Şərh yaz