Masallı rayon icra Hakimiyyəti başçısı Araz Əhmədovun vətəndaşlarla səyyar-görüş qəbulu davam edir.

25 sentyabr 2024-cü il tarixində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov Göyəçöl kəndində sakinlərlə növbəti səyyar görüşünü keçirdi.
Görüşdə, Araz Əhmədov vətəndaşları salamlayaraq, tədbiri rəsmi olaraq açıq elan etdi. Ardından, Masallı RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayevə ötən görüşdə vətəndaşların müraciətlərinin həlli vəziyyəti haqqında məlumat vermək üçün söz verildi.
Rayon rəhbəri görüşdə vətəndaşların problemlərini dinlədi, bir sıra məsələlər yerindəcə həll olundu. Digər müraciətlərə isə qanun çərçivəsində izahatlar verildi və həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildi.
Sonda Araz Əhmədov, rayonda vətəndaş müraciətlərinin hər zaman diqqət mərkəzində olduğunu vurğulayaraq görüşü yekunlaşdırdı.





Şərhlər: 0
Şərh yaz
