Azinfo » Xəbər » Sosial xəbərlər » Masallıda şəhid ailələrinə xüsusi diqqət göstərilir.

Masallıda şəhid ailələrinə xüsusi diqqət göstərilir.

Tarix : 25-09-2024   /   Xəbər / Sosial xəbərlər  


Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədovun göstərişi ilə, İƏD üzrə nümayəndələr şəhid ailələrini mütəmadi olaraq ziyarət edir, onların problemləri və ehtiyacları ilə yaxından maraqlanırlar. Hər hansı bir çətinlik aşkar edildikdə, dərhal həlli üçün zəruri tədbirlər görülür.

Prezident İlham Əliyevin şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına göstərilən qayğıya dair vurğuladığı kimi, bu ailələr dövlətin tam himayəsi altındadır. Masallıda şəhid ailələrinə göstərilən qayğı, dövlətin bu sahədə həyata keçirdiyi uğurlu siyasətin təzahürüdür.

Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğı üçün Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova dərin təşəkkürlərini bildiriblər.

Şərhlər: 0

Şərh yaz