Masallı rayonunda vətəndaşlarla mütəmadi səyyar görüşlər keçirilir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun göstərişi ilə, rayonun İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri hər həftə kəndlərdə səyyar görüşlər təşkil edirlər. Bu görüşlərdə vətəndaşların qarşılaşdığı problemlər, onların qayğıları dinlənilir və həll olunması üçün zəruri addımlar atılır. Problemlərin həlli məqsədilə müvafiq idarə və təşkilatlarla əlaqə saxlanılır və rayon rəhbərinin tapşırığı ilə vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün bütün təxirəsalınmaz tədbirlər görülür.
Görüşlər nəticəsində vətəndaş məmnunluğu hiss olunmaqdadır. Şəhər, qəsəbə və kənd sakinləri, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbəri Araz Əhmədova təşəkkürlərini bildiriblər.



Şərhlər: 0
Şərh yaz
