Masallıda şəhidlərin əziz xatirəsinə ehsan Süfrəsi təşkil edildi

27 sentyabr - Anım Günü münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun təşəbbüsü və təşkilatçılığı ilə Yuxarı Baş İmam Hüseyn məscidində şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi təşkil olunmuşdur. Bu tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilib.
Ehsan mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, idarə və təşkilat nümayəndələri, eləcə də ictimaiyyətin digər nümayəndələri iştirak ediblər. Araz Əhmədov çıxışında Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın torpaqlarının işğaldan azad edilməsində xalqımızın birliyini və şəhidlərimizin göstərdiyi qəhrəmanlıqları vurğulayıb.
Rayon rəhbəri qeyd edib ki, torpaqlarımızın mənfur erməni işğalından azad olunması şəhidlərimizin qanı və qazilərimizin fədakarlığı ilə mümkün olub. O, şəhid valideynlərinə başsağlığı verərək, onlara Allahdan səbr diləyib və şəhidlərimizin əbədi xatirəsinə hörmətini ifadə edib.






Şərhlər: 0
Şərh yaz
