Masallıda l Qarabağ müharibəsi şəhidinin anası üçün fərdi yaşayış evi tikilir
I Qarabağ müharibəsi şəhidinin anası üçün fərdi yaşayış evinin tikintisi sürətlə davam etdirilir.
Belə ki, Masallı rayonunun Yeyənkənd kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Ərzuman Əlizamin oğlu İsmayılovun ailəsinin yaşadığı evin qəzalı vəziyyətdə olduğunu və şəhid anası Xəmmədova Gülsüm Göyüş qızının şifahi müraciətini nəzərə alaraq, şəhid ailəsinin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Masallı Rayon İcra Hakimiyyəti Başçısı cənab Araz Əhmədovun təşəbbüsü və təşkilatçılığı ilə daxili imkanlar hesabına ümumi sahəsi 72 kv.metr ölçüdə 1 mərtəbədən ibarət fərdi yaşayış evinin tikintisinə başlanılmışdır. Hal-hazırda işlər sürətlə davam etdirilir.
" Masallı Xəbərləri MİP "in çəkiliş qrupu tikinti gedən ərazidə olub. Şəhid anası Gülsüm Xəmmədova onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallı RİHB cənab Araz Əhmədova təşəkkür bildirib.
Qeyd etmək istərdik ki, Masallı rayon Yeyənkənd kənd tam orta məktəbi şəhid İsmayılov Ərzuman Əlizamin oğlunun adını daşıyır və Yeyənkənd ərazisinin Abasbəyli kəndində mərkəzi küçələrdən biri şəhidin adına verilmişdir.
Şərhlər: 0
Şərh yaz