Masallıda RİH daxili imkanları hesabına 80 şəhid ailəsinin yaşadığı küçəyə 100 min kvadratmetr asfalt döşənib
Masallı rayonunda şəhid ailələrinin yaşadığı küçələrə asfalt örtüyünün döşənməsi layihəsi uğurla davam etdirilir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədovun tapşırığı ilə daxili imkanlar hesabına həyata keçirilən bu layihə, şəhid ailələrinə olan diqqət və qayğının bir göstəricisidir. Hal-hazırda Hişkədərə kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Vüsal Aslan oğlu Məhərrəmovun valideynlərinin yaşadığı küçəyə 500 metr uzunluğunda asfalt örtüyü döşənir.
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Masallı rayonunda şəhid ailələrinə göstərilən qayğı yüksək səviyyədə icra olunur. Rayon rəhbəri cənab Araz Əhmədov şəhid ailələri ilə mütəmadi olaraq görüşlər keçirir, onların problemləri və qayğıları ilə yaxından maraqlanır.
Bu layihənin icrası çərçivəsində, bu günə qədər sayca səksəninci şəhid ailəsinin yaşadığı küçəyə asfalt örtüyü döşənib. Layihə çərçivəsində ümumilikdə 100 min kvadratmetr asfalt döşənmiş və 1 milyon manatdan artıq vəsait sərf olunmuşdur. Layihənin icrası 47 saylı Yİİ MMC tərəfindən həyata keçirilir.
Şəhid ailələrinə göstərilən diqqət, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrinə olan yüksək qayğısının bir nümunəsi kimi dəyərləndirilir.
Şərhlər: 0
Şərh yaz