Azinfo » Xəbər » Sosial xəbərlər » “Qlobal İnnovasiya İndeksi 2024”də “Fiziki infrastruktur”la bağlı göstəricilər müzakirə olunub

“Qlobal İnnovasiya İndeksi 2024”də “Fiziki infrastruktur”la bağlı göstəricilər müzakirə olunub

Tarix : 02-10-2024   /   Xəbər / Sosial xəbərlər  

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) rəhbərliyi ilə təşkil etdiyi “Fiziki infrastruktur” üzrə İşçi qrupunun növbəti iclası keçirilib. İclasda dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini və İşçi qrupunun rəhbəri Cavid Qurbanovun sədrliyi ilə keçirilən iclasda qrupun fəaliyyəti ilə bağlı cari məsələlər geniş şəkildə müzakirə edilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin nümayəndəsi Vüsal Şıxəliyev çıxış edərək, beynəlxalq hesabatlarda, xüsusilə “Qlobal İnnovasiya İndeksi 2024” hesabatında Azərbaycanın göstəricilərinin dolğunluğunu təmin etmək üçün məlumatların sistemləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

İclasda həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “Azərbaycan Hava Yolları” və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri tərəfindən 2024-cü ilin 9 ayı ərzində görülmüş işlər barədə hesabatlar təqdim edilib. Müzakirələr əsasında qarşıda duran məsələlərin həlli üçün müvafiq qərarlar qəbul olunub və icra prosesinin sürətləndirilməsi ilə bağlı tövsiyələr verilib.

Sonda İşçi qrupun üzvləri və iştirakçılar suallarını verərək müzakirələrdə fəal iştirak ediblər.

Şərhlər: 0

Şərh yaz