Masallı rayonunda Prokurorluq işçilərinin Peşə bayramının 106-cı ildönümü böyük təntənə ilə qeyd olunub.
Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, İcra Hakimiyyəti Başçısının müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, rayon Prokuroru Vəli Mustafayev və digər hüquq mühafizə orqanlarının rəhbərləri və əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək onun xatirəsinə tər gül dəstələri düzüb, ehtiramlarını ifadə ediblər. Ardınca Masallı şəhər Qəhrəmanlar Parkı-Şəhidlər Abidə Kompleksinə yollanaraq Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini yad edib, onların ruhuna dualar oxuyublar.
Bu kimi tədbirlər, hüquq-mühafizə orqanlarının fəaliyyətinə və onların ölkənin hüquqi sistemində oynadığı mühüm rola verilən önəmi bir daha göstərir. Prokurorluq işçilərinin Peşə bayramının qeyd olunması, onların dövlətin təhlükəsizliyini və ədalətini qorumaq sahəsindəki fədakarlıqlarının təqdir olunması baxımından əhəmiyyətlidir.
Şərhlər: 0
Şərh yaz