Masallı rayon İcra Hakimiyyəti başçısı vətəndaşların qəbulunu keçirib
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov 04 oktyabr 2024-cü il tarixində növbəti vətəndaş qəbulu keçirmişdir. Görüş Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutmuş və qəbulda müxtəlif sahələrdən məsul şəxslər, o cümlədən hüquq-mühafizə orqanları rəhbərləri, idarə və müəssisə nümayəndələri, həmçinin şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndələri iştirak etmişlər.
Qəbulda rayonun müxtəlif bölgələrindən ümumilikdə 20 nəfərə yaxın vətəndaş müraciət etmişdir. Müraciətlər diqqətlə dinlənilmiş, onların qeydiyyatı aparılmış və təkliflər nəzərə alınmışdır. Cənab Araz Əhmədov vətəndaşların müraciətlərini müvafiq qurumlara yönəltmiş və qaldırılan problemlərin həlli ilə bağlı tapşırıqlar vermişdir. Qəbulun məqsədi sakinlərin qayğılarını dinləmək və onların həlli üçün operativ tədbirlər görmək olmuşdur.
Şərhlər: 0
Şərh yaz