Azinfo » Xəbər » Sosial xəbərlər » Masallıda RİHB-nln ərazilərində vətəndaşlarla görüşləri davam etməkdədir

Masallıda RİHB-nln ərazilərində vətəndaşlarla görüşləri davam etməkdədir

Tarix : 16-10-2024   /   Xəbər / Sosial xəbərlər  

2024-cü il oktyabrın 16-da Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov növbəti səyyar görüş-qəbulunu Şərəfə ərazisində keçirdi. Görüş zamanı Araz Əhmədov vətəndaşlarla birbaşa ünsiyyətdə olaraq, onları narahat edən məsələləri dinlədi. İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayev əvvəlki görüş zamanı vətəndaş müraciətlərinin həlli vəziyyəti ilə bağlı məlumat verdi.

Qəbula gələn vətəndaşların bir sıra müraciətləri yerində həll edildi, digər məsələlər isə aidiyyəti qurumlara tapşırıq verilməklə qanunamüvafiq izahatlarla müşayiət olundu. Araz Əhmədov bildirdi ki, rayon rəhbərliyi vətəndaşların müraciətlərini daim diqqətdə saxlayır və bu addımlar Prezident İlham Əliyevin tapşırıqlarına uyğun həyata keçirilir.

Bu səyyar görüş-qəbul vətəndaşların sosial problemlərinin həlli istiqamətində yerli idarəetmə orqanlarının operativ işini nümayiş etdirir.

Şərhlər: 0

Şərh yaz