Azinfo » Xəbər » Sosial xəbərlər » Masallıda kütləvi ağacəkmə aksiyası keçirilib

Masallıda kütləvi ağacəkmə aksiyası keçirilib

Tarix : 25-10-2024   /   Xəbər / Sosial xəbərlər  

Masallı rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil edilib.

Azərbaycan Respublikasında 2024-cü ilin bu məqsədlə elan edilməsi ilə bağlı keçirilən tədbirlər arasında iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə və ətraf mühitin qorunmasına yönəlmiş layihələr yer alır.
25 oktyabr 2024-cü il tarixində Ələt-Astara magistral avtomobil yolunun mühafizə zolağında keçirilən aksiyada 700-dən çox ağac əkilib.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayev, idarə, müəssisə və təşkilatların kollektivləri, ASAN könüllüləri və yerli sakinlər bu aksiya iştirakçıları olub.

Ağacəkmə aksiyası cari ilin sonunadək davam edəcək, bu da Masallının ekoloji mühitinin yaxşılaşdırılması üçün atılan əhəmiyyətli bir addımdır.

Şərhlər: 0

Şərh yaz