“Texniki təhlükəsizliyin “Yaşıl” inkişafı” adlı elmi-praktiki konfrans keçirilib

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiyasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Texniki təhlükəsizliyin “Yaşıl” inkişafı” adlı elmi-praktiki konfrans keçirilib.
FHN-dən Azinfo.az-a verilən məlumata görə, konfransda Nazirliyin Aparatı və strukturuna daxil olan qurumlarının, eləcə də ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin məsul əməkdaşları, həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri iştirak ediblər.
Şərhlər: 0
Şərh yaz
