Azinfo » Xəbər » Sosial xəbərlər » Masallı RPŞ-nin təşkilatçılığı ilə orta məktəblərdə tədbirlər mütəmadi olaraq davam etdirilir

Masallı RPŞ-nin təşkilatçılığı ilə orta məktəblərdə tədbirlər mütəmadi olaraq davam etdirilir

Tarix : 29-10-2024   /   Xəbər / Sosial xəbərlər  

29.10.2024 - cü il tarixində Q.İsmayılov adına Şərəfə tam orta məktəbində müəllimlərin və şagirdlərin iştirakı ilə Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin,  həmçinin yetkinlik yaşına çatmayanların təzyiqlərə, məişət zorakılığına məruz qalma,  cinsi və əmək istismarına təhrik etmə, erkən nigaha cəlb olunma hallarının, yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması məqsədi ilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Gülcan Kərimova açaraq Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Masallı RPŞ-nin rəisi polis-polkovniki Azay Ağayev, Masallı RİHB aparatının əməkdaşı Abbas Abbaszadə, LARTİ-nin Masallı sektorunun müdiri Elman Rzayev çıxış ediblər. 

Daha sonra tədbir debat formatında davam edib. Şagirdlərin sualları cavablandırılıb. Eyni zamanda şagirdlər üçün DİN-nin təhsilə təşviqlə bağlı maarifləndirici söhbətlər aparılmışdır. 

Tədbirin sonunda məktəbin direktoru Gülcan Kərimovaya Masallı RPŞ-nin rəisi polis polkovniki Ağayev Ağayev tərəfindən Təşəkkürnamə ilə təltif olunub.

Şərhlər: 0

Şərh yaz