Azərbaycan-Türkiyə sərhədində yük maşınlarının sıxlığı yaranıb
Dövlət Gömrük Komitəsindən bildirilib ki, sıxlığın səbəbi Türkiyə Respublikasının “Dilucu” sərhəd-keçid məntəqəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) proqram təminatının yeni mərhələsinin tətbiqi ilə əlaqədardır.
Sürücülərdən mövcud vəziyyəti nəzərə almaları xahiş olunur.
Hazırda “Sədərək” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaxın günlərdə nəqliyyat vasitələrinin sürətli keçidi tam təmin olunacaq.
Şərhlər: 0
Şərh yaz
