Azinfo » Xəbər » Sosial xəbərlər » Yeni ildə 7 gün ardıcıl qeyri-iş günü olacaq

Yeni ildə 7 gün ardıcıl qeyri-iş günü olacaq

Tarix : 28-11-2024   /   Xəbər / Sosial xəbərlər  

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

Azinfo.-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, gələn il 4 və 5 yanvar şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bir həftə ardıcıl - 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il qeyri-iş günləri olacaq.

Şərhlər: 0

Şərh yaz