Azinfo » Xəbər » Sosial xəbərlər » Parlamentin komitə sədri böyük şəhər bələdiyyələrinin yaradılmasını təklif edib

Parlamentin komitə sədri böyük şəhər bələdiyyələrinin yaradılmasını təklif edib

Tarix : 05-04-2022   /   Xəbər / Sosial xəbərlər  

“80 milyon əhalisi olan Türkiyədə 1397 bələdiyyə var ki, onların da 30-u böyük şəhər bələdiyyəsində birləşib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Azərbaycanda 1600-dən çox bələdiyyə var: “Hələ işğaldan azad edilmiş ərazilərdə bələdiyyələr formalaşsa, yeni 500-ə yaxın bələdiyyə olacaq. Ona görə də təklif edirik ki, bu say azaldılsın. Bələdiyyə üzvlərinin sayının azaldılmasını da təklif edirik. “İlkin olaraq, Gəncə, Sumqayıtda şəhər bələdiyyələrin vahid bələdiyyə sistemi yaradılmaldır. Effektli olarsa, Bakı Böyük şəhər bələdiyyəsinin yaradılması məsələsinə baxıla bilər. Böyük şəhərlərdə vahid bələdiyyə sistemi qurulsa, yaxşı olar”.

Şərhlər: 0

Şərh yaz