Azinfo » Xəbər » Sosial xəbərlər » Dövlət orqanlarında ümumi müsahibələrin qrafiki açıqlanıb

Dövlət orqanlarında ümumi müsahibələrin qrafiki açıqlanıb

Tarix : 05-04-2022   /   Xəbər / Sosial xəbərlər  

18 dövlət orqanında mövcud olan 91 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən xəbər verilib. Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 353 namizəddən 288-nin müsahibədə iştirakına razılıq verilib.

Ən yüksək müsabiqə müraciəti vəziyyəti Hesablama Palatası, Sosial sahələrin auditi şöbəsi, Sosial müdafiə və sosial təminat sahələrinin auditi sektoru, məsləhətçi (1 vakant yer üzrə 17 namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq siyasəti və demoqrafiq inkişaf məsələləri şöbəsi, İşçi qüvvəsinin bacarıqlarının inkişafı məsələləri sektoru, məsləhətçi (1 vakant yer üzrə 17 namizəd) üzrə yaranıb.
Müsahibələrin aprelin 11-dən mayın 31-dək olan dövrdə keçirilməsi planlaşdırılır.

Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunub.

Şərhlər: 0

Şərh yaz