Siyavuş Novruzov qonşu ölkələrlə sərhəd-keçid məntəqələrinin artırılmasını təklif edib

“Bizim həmvətənlərimiz Gürcüstanda yaşayır. Onların gediş-gəlişində sərhəd-keçid məntəqələri ciddi əhəmiyyət daşıyır”.
Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bizim həmvətənlərimiz saatlarla sərhəddə gözləyir: “Bizim bir çox yerlərdə Gürcüstanla sərhədimiz var. Sərhəd-keçid məntəqələri tək Qazaxda deyil, Zaqatalada da, Ağstafada da təşkil olunsun. Sərhəd məntəqələrinin çoxlu sayda açılışı vətəndaşların gediş-gəlişinə təsir göstərəcək. Orada təyyarə biletləri ucuz olduğu üçün bizim vətəndaşlarımız Gürcüstana gedir və oradan uçur. Ona görə də bu sərhəd keçid-məntəqələrinin sayı artırılmalıdır. İranla da, Rusiya ilə də sərhəd-keçid məntəqələrinin sayı artırmalıyıq. Hər bir sərhəd olan rayondan bu sərhədlər açılmalıdır ki, insanlar bir yerə toplanmasın”.
Şərhlər: 0
Şərh yaz
