Azinfo » Xəbər » Sosial xəbərlər » Agentlik sədri: "Azad olunmuş ərazilərdə obyektlərin 33 faizinin yaşıllıq olmasını təklif etmişik"

Agentlik sədri: "Azad olunmuş ərazilərdə obyektlərin 33 faizinin yaşıllıq olmasını təklif etmişik"

Tarix : 05-04-2022   /   Xəbər / Sosial xəbərlər  

“Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədində fəaliyyətdən qabaq obyektin tikintisi və layihəyə uyğun texnoloji reqlament normaları gözlənilməklə fəaliyyət prosesində qeyd olunan məsələlər öz əksini tapır”.

Bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib. Onun sözlərinə görə, bundan sonra həmin müəssisənin fəaliyyətində digər normativ sənədlər nəzərdə tutulur:

“ƏMTQ sənədi ümumi fəaliyyət üçün ilkin icazədir. Konkret olaraq mənbələrdən ayrılan kəmiyyət-keyfiyyət göstəriciləri, onun çeşidlənməsi, qaz halında olan tullantıların normativ həddi keçməsi, sanitar müalicə zonasının qurulması - bütün bunlar hamısı növbəti normativ sənədlərdə öz əksini tapır. ”.

Agentlik sədri deyib ki, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini işləmək üçün müəyyən sertifikata malik mütəxəssis olmalıdır:
“Çünki ƏMTQ geniş çeşidli bir sənəddir. Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiriciyə ixtisas attestatının verilməsi məsələsi üzrə artıq müzakirələr yekunlaşmaq üzrədir”.

M. Qənbərov deyib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim olunan layihələrdə ərazinin 25%-dən az olmamaq şərti ilə yaşıllıq sahəsinin olması tələb olunur. Bu qanunvericilikdə öz əksini tapıb. Biz istərdik ki hər hansı obyektin tikintisində imkan daxilində boş sahə varsa, orada yaşıllıq olsun. İşğaldan azad olunmuş ərazilərdə görüləcək işlərə gəldikdə, biz orada tikiləcək obyektlərin 33 faizinin, yəni üçdə bir hissəsinin yaşıllıq olmasını təklif etmişik” - o deyib.

Şərhlər: 0

Şərh yaz