Azinfo » Xəbər » Sosial xəbərlər » Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı hər ay keçiriləcək

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı hər ay keçiriləcək

Tarix : 07-04-2022   /   Xəbər / Sosial xəbərlər  

“Dövlət qulluğunda keçid balları çox aşağıdır”.

Bunu Dövlət İmtahan Mərkəzinin Hüquqi-təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov bildirib.

O bildirib ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanlarının ilkin olaraq mütəmadi keçirilməsi nəzərdə tutulur:
“May ayından başlayaraq hər ay bu imtahaları keçirməyi düşünürük. Daha sonra bu imtahanların hansı tezlikdə keçiriləcəyi müəyyənləşəcək. İmtahanın müddəti açıq və qapalı tipli test tapşırıqlarının sayından asılı olaraq dəyişəcək. Vəzifə qruplarına görə olanda bu vaxt fərqlənəcək. Bu imtahanların elektron qaydada və ya kağız üzərində keçirilməsi nəzərdə tutulur. Elektron qaydada keçiriləndə imtahanın nəticəsi dərhal veriləcək, kağız üzərində imtahanların cavabı isə 1 günə çıxacaq".

Şöbə müdiri deyib ki, qanunvericilikdə müəyyən olunub ki, dövlət qulluğunda 3 dəfə sertifikat alan şəxs müddətsiz dövlət qulluqçusu sayılır:
"Amma sertifikat, qüvvədə olmanın son ilində alınmalıdır. Yəni dövlət qulluqçuları 1 ildə 2-3 sertifikat alırsa, bu, onun müddətsiz serifikatı olacağı anlamına gəlmir”.

Şərhlər: 0

Şərh yaz