Azinfo » Xəbər » Sosial xəbərlər » Ağacları kəsən şəxslə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

Ağacları kəsən şəxslə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

Tarix : 08-04-2022   /   Xəbər / Sosial xəbərlər  

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 22-ci məhəllədə ağacların kəsilməsi faktı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Zahid Əliyev tərəfindən kəsildiyi və təbiətə 4320 manat məbləğində ziyan dəydiyi məlum olub:

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib” - o deyib.

Şərhlər: 0

Şərh yaz