Azinfo » Xəbər » Sosial xəbərlər » DİM: Bu gün keçirilən imtahanlar başa çatıb

DİM: Bu gün keçirilən imtahanlar başa çatıb

Tarix : 10-04-2022   /   Xəbər / Sosial xəbərlər  

Bu gün keçirilən inzibati vəzifələrin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı və Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanlar Bakı şəhərində 12 binada təşkil olunub.

Şərhlər: 0

Şərh yaz