Azinfo » Xəbər » Sosial xəbərlər » SN: Hemofiliyalı xəstələr Bakı, Sumqayıt və Mərkəzi Aranda nisbətən daha çoxdur

SN: Hemofiliyalı xəstələr Bakı, Sumqayıt və Mərkəzi Aranda nisbətən daha çoxdur

Tarix : 15-04-2022   /   Xəbər / Sosial xəbərlər  

“Hemofiliya hələ də müasir tibbin aktual problemidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, hemofiliya A hər 10 min nəfər kişinin 1 nəfərində, hemofiliya B isə hər 50 min nəfər kişinin 1 nəfərində təsadüf edilir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Elmira Qədimova bildirib.

O qeyd edib ki, hesablamalara görə, yer kürəsində təxminən 400 minə yaxın insan hemofiliyanın ağır dərəcəsi ilə xəstədir: “Hazırda ölkəmizdə 1747 nəfər qeydiyyata alınmış hemofiliya xəstəsi var. Xəstələrin respublika ərazisində yayılma tezliyi Bakı, Sumqayıt şəhərlərində və Mərkəzi Aran regionunda nisbətən daha çoxdur. Bu gün digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da hemofiliyalı xəstələr ev şəraitində müalicə olunur, həmçinin stasionar və ambulator şəraitdə müalicə alırlar".

Şərhlər: 0

Şərh yaz