Azinfo » Xəbər » Sosial xəbərlər » "Azəristiliktəchizat"ın "Azəriqaz"a 41 milyon manat borcu yaranıb

"Azəristiliktəchizat"ın "Azəriqaz"a 41 milyon manat borcu yaranıb

Tarix : 15-04-2022   /   Xəbər / Sosial xəbərlər  

“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyi"nə bu il üzrə mövsümü borcu 41 milyon manat təşkil edib.

Bunu “Azəriqaz” İstehsalat Birliyi"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib. O qeyd edib ki, “Azəriqaz” debitor borc məsələsinə həssas yanaşır: "“Azəriqaz” topdan satış olaraq "Azərkontrakt"dan aldığı qazın pulunu, eyni zamanda 8500 işçinin əmək haqqını ödəməlidir. Ona görə də borcların operativ toplanmasına diqqət yetirilir".

Şərhlər: 0

Şərh yaz