Türkiyəli məktəblilər Füzuli və Şuşada olublar

Türkiyə Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Qarabağa səfər edib.
Onlar Azərbaycanın bir sıra yerlərində, o cümlədən Füzuli və Şuşada olublar.
Onların müəllimi Naim Kaybçı bildirib ki, məktəblilər amerikalı bir uşağın Atatürkə yazdığı məktubdan təsirlənərək dövlət başçılarından birinə məktub yazmaq istəyiblər: “Sinif olaraq qərara gəliblər ki, məktubu məhz Prezident İlham Əliyevə yazsınlar. Şagirdlər məktublarında Azərbaycan yanğınsöndürənlərinin Türkiyədəki meşə yanğınlarının qarşısının alınmasındakı fədakarlığından da söz açıblar”.
Məktəblilər 4 gün paytaxtda, ötən gecə isə Şuşa şəhərində gecələyib. Onların sabah öz ölkələrinə qayıdacağı gözlənilir.
Qeyd edək ki, Türkiyə məktəbliləri Prezident İlham Əliyevə dəvəti ilə Qarabağa səfər edib. Onlar dövlət başçısına məktub yazaraq Qarabağın işğaldan azad olunmasına çox sevindiklərini və azad edilmiş ərazilərə səfər etməyi arzuladıqlarını bildiriblər. Dövlət başçısının müvafiq tapşırığı ilə məktubu yazan Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Azərbaycana dəvət edilib.
Şərhlər: 0
Şərh yaz
