Təhsil Nazirliyində bağçalarla bağlı struktur dəyişikliyi edilib

Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni şöbənin yaradılıb-yaradılmadığı məsələsinə münasibət bildirib.
Nazirlikdən bildirilib ki, bununla əlaqədar yeni şöbə yaradılmayıb:
"Məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verildiyi üçün müvafiq struktur dəyişikliyi aparılıb. Bəzi şöbələrin fəaliyyət istiqamətlərinə dəyişikliklər edilib" - açıqlamada qeyd olunub.
Şərhlər: 0
Şərh yaz
