Azinfo » Xəbər » Sosial xəbərlər » “Azər Türk Bank”ın mənfəəti 2 dəfədən çox azalıb

“Azər Türk Bank”ın mənfəəti 2 dəfədən çox azalıb

Tarix : 21-04-2022   /   Xəbər / Sosial xəbərlər  

“Azər Türk Bank” 2022-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32% artaraq, 439,2 milyon manat təşkil edib. Kredit portfeli ötən ilin eyni dövrünə nisbətən 47% böyüyərək 238,6 milyon manata bərabər olub. Depozitlər isə 8,9% artaraq 381.7 milyon manata yüksəlib. Bankın cəmi kapitalı isə 0,9% artaraq 57.5 milyon manat olub.

Bu ilin ilk üç ayında bankın faiz gəlirləri 34,5% artaraq 6,5 milyon manata, faiz xərcləri isə 56,2% artaraq 2,1 milyon manata yüksəlib.
Bankın xalis faiz gəlirləri 4,4 milyon manata bərabər olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 26,2 % çoxdur.

Başqa sözlə, bankın ümumi gəlirləri 9,6 milyon manat, xərcləri isə 9,4 milyon manat təşkil edib.

“Azər Türk Bank” bu ilin I rübünü 226,5 min manat xalis mənfəətlə başa vursa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə azdır.

Qeyd edək ki, 2021-ci ilin I rübündə bank 520 min manat xalis mənfəət əldə etmişdi.

Şərhlər: 0

Şərh yaz