İnsan alveri qurbanları ilə bağlı idarələrarası komissiya yenidən formalaşdırılacaq
Nazirlər Kabineti “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edib. Nazirlər Kabinetindən verilən verilən xəbərə görə, qərar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 4.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.Həmin yarımbənddə insan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin daha səmərəli həyata keçirilməsi, insan alverinə qarşı mübarizədə koordinasiyanın gücləndirilməsi məqsədilə müvafiq idarələrarası komissiyanın və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun hüquqi statusuna yenidən baxılması, ixtisaslaşmış qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlar cəlb edilməklə tərkibinin yenidən formalaşdırılması nəzərdə tutulub.
Şərhlər: 0
Şərh yaz
