Azinfo » Xəbər » Sosial xəbərlər » 9 illik təhsil üzrə sonuncu buraxılış imtahanı keçirilir

9 illik təhsil üzrə sonuncu buraxılış imtahanı keçirilir

Tarix : 01-05-2022   /   Xəbər / Sosial xəbərlər  
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Suraxanı, Nizami, Pirallahı rayonlarında, Ağstafa, Kürdəmir, Qəbələ, Quba (II hissə), Masallı (II hissə), Salyan, Samux, Yardımlı rayonlarında, Yevlax şəhərində, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, eşitmə pozulmaları və danışma, görmə əngəlli şagirdlər üçün xüsusi məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblər, tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, Çilov adasında yerləşən131 nömrəli məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilir.

İmtahanda 19 278 şagirdin iştirakı nəzərdə tutulur.

Şərhlər: 0

Şərh yaz