BQXK I Qarabağ müharibəsində itkin düşənlərin ailələrindən 793 bioloji nümunə götürüb
2021-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən 90-cı illərdə münaqişə nəticəsində itkin düşmüş 316 nəfərin ailəsindən insan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 793 bioloji istinad nümunəsi götürülüb.Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin 2021-ci il fəaliyyətləri ilə bağlı keçirilən tədbirdə bildirilib.
Qeyd olunub ki, BQXK-nın neytral vasitəçi qismində iştirak ilə 2020-ci ildə döyüşlərin getdiyi ərazilərdə insan qalıqların axtarışı və götürülməsi məqsədilə 346 əməliyyat aparılıb. Həmçinin, 347 itkin ailəsinə psixoloji-sosial dəstək verilib, 258 itkin ailəsinə nağd pul yardımı edilib.
Şərhlər: 0
Şərh yaz
