TN: İstedadlı şagirdlər üçün bütün siniflər üzrə yerdəyişmə mümkün deyil
Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov deyib.
O bildirib ki, proses müvafiq qaydalar əsasında aparılır:
"Ancaq şagirdlər sadəcə təhsil pillələrinin sonunda birbaşa digər sinfə keçirilə bilər. III sinfi oxumadan birbaşa IV-ə, VIII sinfi oxumadan birbaşa IX-a, X sinfi oxumadan birbaşa XI sinfə keçmək olar. Yəni, bütün siniflər üzrə yerdəyişmə mümkün deyil".
Şərhlər: 0
Şərh yaz
