Azinfo » Xəbər » Sosial xəbərlər » Rusiya aviaşirkəti Soçi-Bakı reysi üzrə uçuşlar həyata keçirəcək

Rusiya aviaşirkəti Soçi-Bakı reysi üzrə uçuşlar həyata keçirəcək

Tarix : 05-05-2022   /   Xəbər / Sosial xəbərlər  
Rusiyanın “Azimut” aviaşirkəti mayın 9-dan etibarən Soçidən Azərbaycanın paytaxtı Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.

Uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə günləri cədvəl üzrə həyata keçiriləcək:

Soçidən (yerli vaxtla) uçuş saat 01:00-da, Bakıya eniş saat 03:50-də, əks istiqamətdə - Bakıdan uçuş saat 04:20-də, Soçiyə eniş saat 05:20-də baş tutacaq.

Bundan əlavə, aviaşirkət iyun ayından etibarən Soçidən Bakıya uçuşların tezliyini artırmağı planlaşdırır. Hazırda Azərbaycanın paytaxtına uçuşlar Mineralnıye Vodıdan həyata keçirilir.

Şərhlər: 0

Şərh yaz