Azinfo » Xəbər » Sosial xəbərlər » Bakı, Sumqayıt və Abşeronda pensiyalar qrafikdən əvvəl ödənilib

Bakı, Sumqayıt və Abşeronda pensiyalar qrafikdən əvvəl ödənilib

Tarix : 07-05-2022   /   Xəbər / Sosial xəbərlər  
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə may ayının pensiyaları qrafikdən əvvəl ödənilərək yekunlaşıb.
Bu barədə DSMF-dən xəbər verilib.

Bildirilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Şərhlər: 0

Şərh yaz