Azinfo » Xəbər » Sosial xəbərlər » Rezidenturaya qəbul imtahanı verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər

Rezidenturaya qəbul imtahanı verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər

Tarix : 08-05-2022   /   Xəbər / Sosial xəbərlər  
Rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 1-ci cəhdi mayın 15-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən  verilən xəbərə görə, imtahana buraxılış vərəqəsini çap etmək üçün linkə daxil olmaq lazımdır.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Şərhlər: 0

Şərh yaz