Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb
Oğuz sakinin dağlıq-meşəlik ərazidə odun hazırlayan zaman öldüyü məlum olub.Dağlar Həmidovun meyiti kənd sakinləri və rayon hüquq-mühafizə orqan əməkdaşlarının köməkliyi ilə ərazidən götürülüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomoya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.
İlkin araşdırma zamanı məlum olub ki, eşitmə və nitq qüsuru olan Dağlar Həmidov dağlıq-meşəli əraziyə odun hazırlamaq üçün gedib. Odun kəsən zaman ağac budağı onun baş nahiyəsinə dəyib. Nəticədə Dağlar Həmidov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
