Azinfo » Xəbər » Sosial xəbərlər » Azərbaycanla Türkiyə arasında səhiyyə üzrə "yol xəritəsi" imzalanıb

Azərbaycanla Türkiyə arasında səhiyyə üzrə "yol xəritəsi" imzalanıb

Tarix : 17-05-2022   /   Xəbər / Sosial xəbərlər  
Səhiyyə naziri Teymur Musayevlə Türkiyə səhiyyə naziri Fahreddin Koca arasında görüş keçirilib.

Nazirlikdən verilən xəbərə görə, görüş zamanı Fahrettin Koca və Teymur Musayev “Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında 2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi”ni imzalayıblar.

Yol Xəritəsinin gələcək əməkdaşlıq istiqamətində əhəmiyyətini vurğulayan qardaş ölkələrinin səhiyyə nazirləri imzalanan sənədin Türkiyə və Azərbaycan səhiyyə sektorunun inkişafı yolunda mühüm rol oynayacağını diqqətə çatdırıblar.

Şərhlər: 0

Şərh yaz