Azinfo » Xəbər » Sosial xəbərlər » Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

Tarix : 17-05-2022   /   Xəbər / Sosial xəbərlər  
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün sənəd qəbulunun müddəti 18 may saat 10:00-dək uzadılıb.

Bu gün saat 18:32-yə olan məlumata görə, 20618 bakalavr artıq ərizəsini təsdiq edib.

Onlardan 18 921-si Azərbaycan, 1697-si isə rus bölməsi üzrə təhsil alanlardır.
Qeyd edək ki, sənəd qəbulunun müddəti bu gün 23:59-da başa çatmalı idi.

Şərhlər: 0

Şərh yaz